Təqsirsizlik prezumpsiyası və mətbuatın məsuliyyəti
Bir fond vasitəsilə qanunsuz qazanc əldə etmək, insanların əmanətlərindən sui-istifadə edərək zərər vurmaq nə qədər ağır və nüfuza xələl gətirən haldırsa, mövzu ilə heç bir əlaqəsi olmayan şəxslərin bu prosesdən haqsız mənfəət əldə etdiyinə dair xəbərlər yayılması və əlaqəsi olmayan nazirlərimizin bu məsələ ilə əlaqələndirilməsi də bir o qədər ciddi və qəbuledilməzdir.
Belə həssas bir məsələdə jurnalistikanın əsas prinsipi həqiqətləri ortaya qoymaq, iddiaları konkret sübutlarla əsaslandırmaq və heç kimi sübut olunmamış ittihamlarla ictimaiyyət qarşısında mühakimə etməməkdir.
İctimaiyyəti məlumatlandırmaq qədər, şəxslərin nüfuzunu və təqsirsizlik prezumpsiyasını qorumaq da mətbuatın məsuliyyətidir. Heç kimin doğruluğu təsdiqlənməmiş iddialar əsasında hədəf göstərilməsinə və ya siyasi və şəxsi nüfuzunun zədələnməsinə göz yumulmamalıdır.
Həqiqətin üzə çıxarılması qədər, həqiqətin təhrif edilməməsi də vacibdir. Jurnalistika ictimaiyyəti maarifləndirməli; məlumat çirkliliyinə, haqsız ittihamlara və nüfuz qəsdlərinə zəmin yaratmamalıdır…
