Haqlı olmağın bədəli
Haqlı olmaq əslində sanıldığı qədər gözəl bir şey deyil; çünki insan çox vaxt haqlılığını özünə qarşı edilən bir haqsızlığın içindən keçərək qazanır. Haqlı olmaq bəzən qırılmaq, itirmək, məyus olmaq və heç kimin görmədiyi mübarizələri təkbaşına aparmaqdır.
Buna görə də daim “Mən haqlıyam, mən haqlı idim.” deyərək özünü izah etməyə ehtiyac duyan insanlara üzülürəm. Çünki həqiqət budur ki, insanın hər dəfə haqlı çıxmağa deyil, bəzən heç haqsızlığa uğramamış olmağın rahatlığına ehtiyacı var.
Haqlılığın bədəli ağırdır; kaş bəzən haqlı olmaqdansa, heç incidilməmiş olaydıq…
